• İstanbul 20 °C
  • Ankara 15 °C
  • İzmir 20 °C
  • Konya 16 °C
  • Sakarya 14 °C
  • Şanlıurfa 20 °C
  • Trabzon 18 °C
  • Gaziantep 15 °C
  • Bolu 12 °C
  • Bursa 17 °C

Türkcənin Beynəlxalq Şeir Bayramı İstanbulda və ya “Şeir işi” - Türkiyəli ədəbiyyat xadimi Mehmet Doğanın festival çıxışı

Türkcənin Beynəlxalq Şeir Bayramı İstanbulda və ya “Şeir işi” - Türkiyəli ədəbiyyat xadimi Mehmet Doğanın festival çıxışı

Türkçenin Uluslararası Şiir Şöleni Daimi Heyet Başkanı D. Mehmet Doğan'ın İstanbul'da Yapılan Türkçenin Uluslararası Şiir Şöleni'ni açış konuşması Azerbaycan'da çıkan Edebiyat Gazeti'nde değerli şair Ramiz Qusarçaylı tarafından Azerbaycan türkçesine aktarılmış şekilde yayınlandı.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, dəyərli Azər Turana

Hörmətli Azər bəy!

Türkiyənin sayılıb-seçilən görkəmli ədəbiyyat xadimi, uluslararası ədəbi əlaqələrin yorulmaz və fədakar nümayəndəsi, yazıçı, tədqiqatçı və naşiri olan doktor Mehmet Doğan uzun illər (1978-1996) Türkiyə Yazarlar Birliyinə rəhbərlik etmiş və Birlik Yayınlarının qurucusu olmuşdur.

Mehmet Doğan həm də Türk Dili ve Ədəbiyyatı Ensiklopediyası və Türk Ailə Ensiklopediyası yayınlarının yönəticisi, Türkiyə Yazarlar Birliyi Vakfı və Türkiyə Könüllü Təşəkküllər Vakfının qurucularından biridir. Dəfələrlə Türkiyə Kültür və Turizm Bakanlığının təltif və mükafatlarına layiq görülmüşdür.

Mehmet Doğan hazırda Türkiyə Yazarlar Birliyinin Şərəf Başkanı və Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət Başkanıdır.

Türkiyə Kültür və Turizm Bakanlığının və Türkiyə Yazarlar Birliyinin rəhbərliyi və iştirakı ilə İstanbul şəhərində keçirilən (9 iyun 2022-ci il) Türkçənin 14-cü  Uluslararası Şeir Şöləninin açılış mərasimində Mehmet Doğanın çıxışının mətnini oxucular üçün  maraqlı ola biləcəyini düşündüyüm üçün Sizə göndərirəm.

Hörmətlə,

Ramiz Qusarçaylı

Mehmet DOĞAN

rkcənin Beynəlxalq Şeir Bayramı İstanbulda və ya "Şeir i"

Nə qədər gec və ya bir xeyli erkən!

İlk bayramımızın üzərindən 30 il keçdi. Səbrimizin tarıma çəkildiyi illəri geridə buraxdıq...

Osmanlının ön sözündə, Bursada başlamış, oradan köklərimizə doğru yerimiş, Konyaya varmışdıq, - bu torpaqlardakı şeirimizin qaynağına, yəni Mövlanaya və Yunusa.

İstanbul alınmaz bir şeir qalası idi bizim üçün. Güclü mühasirədən sonra fəth edilə bilən hündür bir qala... Buraya gəlmədən 12 ölkə dolaşdıq, toparlanmaq, güç toplamaq üçün!

"İstanbulun daşı-torpağı altun" deyirlər. Bunu bilmirik, fəqət İstanbulun daşının, torpağının, havasının, suyunun şeir olduğundan şübhə yox.

Şairi bol, şeiri hesabsız bir şəhərdir İstanbul. İstanbul üçün yazılan şeirlər cildlərlədir; İstanbulda yazılanlar ondan qat-qat çoxdur.

"Türkcənin şah əsəri olan şeirlərin çoxu bu şəhərdə yazılmışdır" desək əsla yanlış bir şey söyləmiş olmarıq.

İstanbul Türkcənin səltənət sürdüyü bir şəhərdir!

Gəncliyini İstanbulda keçirdikdən sonra uzun sürə bu şəhərdən uzaq qalan Yusuf Nəbi:

Nəbi əcəbmi sözlərimiz olsa binemek

İstanbulun lisanını unutduq kənarda.

(Nəbi, sözlərimizin duzsuz olması şaşırtıcı deyil, çünki İstanbulun dilini kənarda unutduq.)

İstanbulun dili şeirli bir dil idi, sağlam bir şeir dili idi.

Yer üzündə ən çox "şeir kimi" deyilən yer İstanbul olmalıdır. Həqiqətən elədir.

"Şeir kimi", amma şeir deyil! Şeirə aid edilən yüksək dəyər belə bənzətmələrə, ümumiləşdirmələrə yol açır; şeir bir baxıma gözəlliyin sinonimi olur. Özü də şeir kimi bir yerdə, İstanbulda şeirdən danışırıq, şeirdən bəhs edirik. Gözəllik hər zaman ağlımızı aşır, hissimizi hərəkətə gətirir.

İstanbuldakı bu şeir bərəkətini nəyə bağlamalıyıq?

Məndən soruşsanız, "İstanbulu bir şair fəth etdi, ondan" deyərdim.

Dəliqanlılığını şairliyi müşayiət edən bir komandan, bahar aylarında, əsgərləri ilə Konstantinopolis divarlarını mühasirəyə aldı. Şeir kimi bir mövsümdür; gəlinciklər, lalələr, güllər açmışdı, tam da lalə mövsümü sona yaxınlaşarkən Bizans bu mühasirəyə tab gətirə bilmədi. Divarlar yarıldı, müqavimət qırıldı, bütün bahar çiçəkləri divarlardan içəri doluşdu. Və divarların üzərində bayrağımız lalə şəklində göründü. İstanbulun fatihi şair Avni bu xoş hadisəni tarixə həkk etdi:

"Fəthi İstanbula fürsət bulmadılar evvelün

Fethidüb Sultan Məhəmməd dedi tarih: Ahirun".

(Əvvəl gələnlər İstanbulu fəth edə bilmədilər, sonra gələn sultan Mehmet fəth etdi, bu da Son! - dedi).

Elə bu "ahirun" hicri 857-yə uyğun gəlir.

XX yüzilimizin böyük şairi, şeir təfəkkürü olan ustad Yəhya Kamal şeir yazmaqdan deyil, söyləməkdən söz açır. Şeir söyləmək, tərənnüm etmək, yaratmaq, oxumaq... Şairin gördüyü iş budur.

Köhnə Türkcədə hələ də bəzi ləhcələrdə ır, cır, yır şeirin qarşılığı olaraq  görülür. Irlamak, cırlamak, yırlamak... (Şarkı söyləmək).

"Yır" Divanü Lügati't-Türkdə "şeir oxumaq" deməkdir.

Asim ictimai məkanda şeir söyləyən adama deyilir, - ifadəsi var. Yəhya Kamalın zamanı, XX yüzil, şeirin söyləndiyi deyil, yazıldığı dövrdür halbuki. Buna rəğmən oxunan, səsləndirilən və dinlənən sözün şeir olduğunu vurğulamaq arzu olunur. Şeirin ahəngi, musiqisi diqqətdən qaçırılmamış olur beləcə.

Şeirin sıradan bir söz olmadığı çox təkrarlanan bir görüşdür. Köhnə şairlərimizə ipucu kimi deyildiyini burada xatırlamamız gərəkir. Bunlar cazibəli halda şeir söylərdilər və əksəriyyət bunu sazla da tərənnüm edərdilər. Ötələrdən gələn bir səsdir onların səsi... Əslində Anadoluda geniş yayılan "aşıq" sözü də  eynı zəmindən bəslənən bir kəlmədir. Aşıq Haqq aşığıdır, o, "Haqdan gələn şərbəti içmiş" sənətkardır. Və onun sözü bu olur: 

Süzüldük, bulaq olduq, birləşib bir çay olduq,

Axıb dənizə dolduq, daşdıq əlhəmdülillah.

Bütün köklü ədəbiyyatlarda şair başlanğıcda kahin, münəccim, sehrbaz və ya şamandır. Şeir də sehrdir, əsla sıradan bir söz deyildir.

Şeir zühur edər, doğular... Bir eşqə, hətta ilahi bir qaynağa yol açar. Füzuli şairin ilahi bir yardıma nail olmadan qüsursuz şeir söyləməyəcəyini bəyan edir. Yenə də şeir ilahi mesajı yayan peyğəmbərlərə deyil, şairlərə məxsus bir sənətdir.

Şeir kəlməsinin kökünə düşsək, mənsubiyyətinə varsaq, buraya qədər söylədiklərimizin təsdiqinə məcbur edilə bilərik. Şeir "bilmək", daha doğrusu, "intuisiya etmək" demək; bu halda şair də "bilgili", "duyumlu" demək olur. Şeirin bu mənada şüurla bağlantısını asanlıqla qura bilərik.

Devamı: https://edebiyyatqazeti.az/news/sience/9319-turkcenin-beynelxalq-seir-bayrami-istanbulda-ve-ya-seir-isi?fbclid=IwAR3x_3kiRJnR-Cu5S8ME_u6kOsXdkzinfLEepU0opR25ILH7XlWt1BmkptI

Bu haber toplam 602 defa okunmuştur
  • Yorumlar 0
    UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
    Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.
    Bu habere henüz yorum eklenmemiştir.
Diğer Haberler
  • Zebo Mirzayeva: Atayurt24 Ocak 2023 Salı 10:00
  • İdris Ekinci: Sevinç Taslakları21 Ocak 2023 Cumartesi 14:15
  • Kenan Erdoğan: Ne Güzeldir20 Ocak 2023 Cuma 14:53
  • Nazım Payam: Niyazi Mısrî19 Ocak 2023 Perşembe 13:30
  • Leyla Arslal: Tinselin Mitsele Piksellenme Evresi18 Ocak 2023 Çarşamba 14:22
  • Eşrefoğlu Rumî Şiir Faslı: Atakhan Kozhogulov16 Ocak 2023 Pazartesi 17:04
  • Mustafa Muharrem: Lirik Ziyanlar Bahsi13 Ocak 2023 Cuma 12:07
  • İskender Muzbeg: Hergün Ana Dili Günümdür12 Ocak 2023 Perşembe 16:30
  • Maria Mercanka: Ana Dilim11 Ocak 2023 Çarşamba 15:19
  • Mehmet Kurtoğlu: Ömerce08 Ocak 2023 Pazar 10:00
  • Tüm Hakları Saklıdır © 2012 Türkiye Yazarlar Birliği | İzinsiz ve kaynak gösterilmeden yayınlanamaz. Sitede yayınlanan yazıların sorumluluğu yazarlarına aittir.
    Tel : 0312 232 05 71 - 72 | Faks : 0312 232 05 71-72 | Haber Scripti: CM Bilişim