• İstanbul 18 °C
  • Ankara 28 °C

"Dini liderin şəxsiyyəti, milli kimliyi, əməlləri, çağırışları dövlətin təhlükəsizliyi məsələsidir"

"Dini liderin  şəxsiyyəti, milli kimliyi, əməlləri, çağırışları dövlətin təhlükəsizliyi məsələsidir"
Ocaqnejatla Allahşükür Paşazadənin Şuşaya bərabər getməsi, Şeyxin "Qarabağın Xomeneyinin fitvası ilə alındığını" söyləməsi Türkiyə Azərbaycan birliyinə qarşı yönəlmiş jest idi.
Ocaqnejat və Şeyx İran adından Ərdoğan və İlham Əliyevə, Türkiyə və Azərbaycan birliyinə meydan oxudular. Şeyxin mesajları ilə İran Qarabağda "mən də varam" dedi. Bu həm də guya Şiə dünyasının  sünni Osmanlıya meydan oxuması kimi də alqılana bilər və Allahşükür Paşazadənin bu mesajı əslində məhz belə alqılanması üçün də bir cəhd idi. Bilməliyik ki, İran Fars dövlətinin Orta Doğu və özəlliklə də Azərbaycan və Türkiyə siyasətində yeganə istifadə edəcəyi silahı məzhəbdir. Bilirik ki,  İranın gücü və  sınırları məzhəb arealının sınırları qədərdir və İran bu sınırlardakı ürəkləri və beyinləri şiə adı altında gizlənmiş fars mifoloji, kosmoloji və futuroloji anlayışları ilə zəhərləməkdədir.  
 
Şeyx və Ocaqnejatın mesajları demarşları bizi düşündürməliydi. Düşündürməlidir. Bir millətin dini lideri o millətin bir təmsilçisi, üzvü olmazsa, qəfildən dönüb millətə də dövlətə meydan oxuya  bilər. Dini liderin  şəxsiyyəti, milli kimliyi, milliyyəti, əməlləri, çağırışları dövlətin təhlükəsizliyi məsələsidir. 
 
Dini liderin mesajları dövlətin maraqları ilə tərs düşərsə bu problem anında çözülməlidir.
 
Allahşükür Paşazadəyə, Ocaqnejata və Xomneyiyə isə bir neçə mesaj da biz verək. 
 
1. Nəinki Qarabağ, Ermənistan adlı Rusiyanın uydu dövləti də erməni işğallarından azad olacaqdır. İrəvan, Göyçə, Zəngəzur Azərbaycan torpaqlarıdır. İrəvan türkdür.  İrəvan ermənilərdən təmizlənəcək və yenidən Azərbaycana qatılacaqdır. Rusiyanın yaratdığı  Ermənistan adlı bir dövlət yox olacaqdır. 
 
2.  İranda türk dövləti bərpa olunacaqdır. Azərbaycan birləşəcək, bütövləşəcəkdir. İran, Əfqanıstan, Türkistan və Türkiyə Türkləri konfederativ şəkildə birləşib bir güc olacaqlar. 
 
3. Azərbaycan Türkiyə birliyi bir millət bir dövlət hədəfini əsas alan bir  birlikdir.  Qafqaz, İran, Xorasan, Anadolu türkləri birləşəcək,  Avropa Birliyi timsalında Türk dövlətləri birliyi yaranacaqdır.
Bu haber toplam 144 defa okunmuştur
  • Yorumlar 0
    UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
    Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.
    Bu habere henüz yorum eklenmemiştir.
Diğer Haberler
Tüm Hakları Saklıdır © 2012 Türkiye Yazarlar Birliği | İzinsiz ve kaynak gösterilmeden yayınlanamaz. Sitede yayınlanan yazıların sorumluluğu yazarlarına aittir.
Tel : 0312 232 05 71 - 72 | Faks : 0312 232 05 71-72 | Haber Scripti: CM Bilişim