• İstanbul 12 °C
  • Ankara 12 °C

Yasemen QARAQOYUNLU-Əlifba Dəyişikliyi Bir Soykırımdır.

Yasemen QARAQOYUNLU-Əlifba Dəyişikliyi Bir Soykırımdır.
Əlifba dəyişikliyi bir soyqırımdır.Biz Türk Milləti olaraq tarix içində nərdən nərəyə keçtik. Tarixin axışında nəyi itirdik, nəyi qazandıq.

Ərəb əlifbasında yazıb oxuduğumuz zamanlarda Avropa, Asiya, Afrikaya hökm edən super güc, egemen  millət  idik. Min illik bir birikimin,  mədəniyyətin zirvəsindən baxırdıq, bu mədəniyyətin bel sütunu, qoruyucusu, hakimi idik. 
Latın əlifbasına keçtik və min illik mədəniyyətdən imtina etdik, qopduq, tarixə gömdük. Bununla da yolumuzdan, fəlsəfəmizdən, keçmişimizdən, mədəniyyətimizdən qopduq. Latın əlifbasına keçtikdən sonra şüur, ruh, düşüncə, zehin baxımından Batıya yenildik, Batı çağdaşdır, biz çağ dışı qalmışıq deyib Batını üstün görməyə başladıq. Batıya yenildik. Batı mərkəzli dünyanın və tarix quruculuğunun, Batı sisteminin  bir elementinə, üzvünə çevrildik. Yaşadığımız çağ-modernizm çağı-Batı Mədəniyyət Fazası, Batı Hegemonluğu çağıdır. Orta çağlar-Türk-İslam Mədəniyyəti Fazası, Türk Hegemonluğu çağıdır. Biz Türklər modernizm çağında-Batı mədəniyyətinin hegemonluğu çağında  Tarixdən çıxarıldıq. Türk mədəniyyəti çağını əlifbamızı dəyişərək qapatdıq. Əlifba dəyişikliyinin doğurduğu faciəli sonuclar Türk tarixində  Osmanlının, Baburun, Qacarın  çöküşünün doğurduğu sonuclar  qədər faciəlidir. Əlifbanı dəyişdik. Türk-İslam çağını qapatdıq.  Batıya yol açdıq. Yolunu asanlaşdırdıq. Orta çağlarda Tarixi biz yaratırkən yönləndirirkən, modernizm çağında,  bu kəz tarixi Batı yönləndirirdi və biz türklər Batının (Qərbi Romanın varisi Avropa-Amerika, Şərqi Romanın varisi Rus-slavyan) sömürgəsi, qulu olduq.
İlginc olay yaşandı. Şüur və düşüncə baxımdan doğudan qopduq, lakin heç bir zaman da Batılı ola bilmədik. Ortada qaldıq. Arafda qaldıq. Başımız Batıya, bədənimiz doğuya bağlı idi. Kültür və sosial yaşamda doğulu özəlliyimizi kayb edə bilmədik, düşüncə və fəlsəfədə də Batılı ola bilmədik. Batı fəlsəfəsi və Batı tarixinin  iç  tarixi dinamiklərindən doğulmuş rasyonalizm, pozitivizm, empirizmdən qaynaqlanan  texnisizm çağını- sənaye toplumunu və çağını da biz yaratmadıq, doğurmadıq. Bu Batıya özgü bir tarixi proses idi. Biz bir çox dəyərləri  sadəcə Batıdan aldıq. 

Devamı: https://turkelimedya.com/yasemen-qaraqoyunlu-%C6%8Flifba-d%C9%99yisikliyi-bir-soykirimdir

Bu haber toplam 626 defa okunmuştur
  • Yorumlar 0
    UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
    Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.
    Bu habere henüz yorum eklenmemiştir.
Diğer Haberler
Tüm Hakları Saklıdır © 2012 Türkiye Yazarlar Birliği | İzinsiz ve kaynak gösterilmeden yayınlanamaz. Sitede yayınlanan yazıların sorumluluğu yazarlarına aittir.
Tel : 0312 232 05 71 - 72 | Faks : 0312 232 05 71-72 | Haber Scripti: CM Bilişim